“Bəzi qüvvələr ölkədə sabitliyi pozmaq istəyir” - XİN Gəncədəki olayla bağlı reaksiya verdi

img

11-07-2018 [10:50]


Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Gəncə şəhərində polislərin qətlə yetirilməsini pisləyib.

Mia.az-ın məlumatına görə, XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev mətbuat konfransında bildirib ki, Azərbaycanın inkişafı Ermənistanla yanaşı, bəzi qüvvələri də narahat edir.

O qeyd edib ki, həmin destruktiv qüvvələr, Azəbaycandakı inkişaf və sabitlikdən narahat olan qüvvələr ölkədə sabitliyi pozmaq istəyir:

"Azərbaycan Ordusunun 100 illiyi ilə əlaqədar keçirilən parad Ermənistan və digər deskruktiv qüvvələri narahat edib. Amma həmin qüvvələr bilməlidir ki, bu cür təxribatlara cəhd edərkən onlar öz qarşılarında Azərbaycan dövlətini görəcəklər. Biz Gəncə gənclərinə müraciət edirik. Onlar vətənpərvərlikləri ilə seçilməli, həmrəylik nümayiş etdirməlidir. Hadisə nəticəsində həlak olan polis zabitlərinin ailəsinə başsağlığı veririk!".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA