Deputatdan Gəncə hadisələrinə dair açıqlama: "Təxribatçılar ciddi cəzalandırılmalıdır"

img

11-07-2018 [00:42]


"Hamımız dövlətimizin yanında olmalıyıq və ölkəmizi qarışdırmaq istəyən xarici və daxili qüvvələrin istəklərinə çatmalarına birlikdə imkan verməməliyik”.

Mia.az xəbər verir ki, bu sözləri deputat Qənirə Paşayeva sosial şəbəkədəki səhifəsində yazıb.

O, Gəncədə iki polisin şəhid edildiyi hadisənin çox ağır olduğunu bildirib.

Deputatın sözlərinə görə, bu oyunları quranlar, icra edənlər, təxribatçılar qanunla ciddi cəzalandırılmalıdır: "Şəhid polislərimizə Allahdan rəhmət, əzizlərinə səbir diləyirik”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA