?Azərsu? ASC izçi qəbulu elan edir

img

20-10-2011 [03:57]


?Azərsu? Açıq Səhmdar Cəmiyyəti ölkənin 11 şəhərində su və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinin icrası ilə əlaqədar işçi qəbulu elan edir. Cəmiyyətin mətbuat xidmətindən verilən məlumata görə, işçilər Quba, Şəmkir, Mingəçevir, Ucar, Zərdab, Kürdəmir, Hacıqabul, İmişli, Biləsuvar, Lənkəran və Qax şəhərlərinə tələb edilir. Su təchizatı və kanalizasiya, hidrotexniki qurğuların tikintisi, meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi, hidrogeologiya mühəndisliyi, elektrik mühəndisliyi, mexanika mühəndisliyi, kimyaçı, ekologiya mühəndisliyi ixtisaslarına malik olan və adıçəkilən şəhərlərdə yaşayanlar sənədlərini hr@azersu.az elektron ünvanına göndərə və ya (012) 431-49-77 nömrəli telefonla əlaqə saxlaya bilərlər. Qeyd edək ki, işə qəbul müsabiqə əsasında həyata keçiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA