Şəxsiyyət vəsiqəsi və pasportu internet vasitəsilə ala biləcəyik

img

20-10-2011 [02:16]


Azərbaycan vətəndaşları yaxın gələcəkdə internet vasitəsilə şəxsiyyət vəsiqəsi, pasport ala biləcəklər. Bunu daxili işlər naziri Ramil Usubov "Azərbaycan" qəzetinin bugünkü sayında dərc olunmuş məqaləsində bildirib. Nazir qeyd edib ki, Prezidentin müvafiq fərmanına uyğun olaraq, əhaliyə elektron xidmətlərin göstərilməsinin təşkili üzrə də əhəmiyyətli işlər görülür. Bu tədbirlər çərçivəsində yaxın müddətdə vətəndaşlara internet vasitəsi ilə şəxsiyyət vəsiqəsi, ümumvətəndaş pasportu, müxtəlif xarakterli arayışlar, xüsusi icazə və lisenziyalar almaq və s. imkanları yaradan sistem istifadəyə veriləcək. Nazirin sözlərinə görə, bütövlükdə elektron xidmətlərin siyahısı 25 istiqaməti əhatə edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA