Elmar Vəliyev İsrailə aparılıb? - Yeni iddia

img

06-07-2018 [11:42]


Gəncə şəhər İcra Hakimiyyətinin sui-qəsdə məruz qalan başçısı Elmar Vəliyev dünən gecə saatlarında İsrailə aparılıb.

Mia.az xəbər verir ki, bu barədə Gununsesi.info-ya icra başçısına yaxın mənbələrdən bildirilib. Məlumatda qeyd olunur ki, əməliyyatdan sonrakı prosedurların İsraildə həyata keçrilməsi məsləhət olunub.

Buna görə də xüsusi həkim nəzarəti altında Elmar Vəliyevi bu ölkəyə aparıblar.

İcra başçısının səhhətinin sabit olduğu da deyilir.

Mia.az bildirir ki, bu iddia rəsmi orqanlar və icra başçısının qohumları tərəfindən təsdiqlənməyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA