476 aztəminatlı ailədə böyüyən zagirdə məktəbli forması və çantası hədiyyə verilib

img

19-10-2011 [02:28]


?Məlahətli ana? Uşaqlara Yardım İctimai Birliyi 2011-ci ilin iyun, iyul, avqust və sentyabr aylarını əhatə edən ?Dəstək ol ki, imkansız şagirdlərimiz təhsilsiz qalmasın!? kampaniyasını həyata keçirib. Kampaniya 1 oktyabr tarixində yekunlaşıb. Kampaniyanın gedisişi və nəticələri ilə bağlı 20 okyabr, saat 14:00-da ?Trend? Xəbər Şirkətinin Beynəlxalq Mətbuat Mərkəzində ictimai birlik hesabat xarakterli mətbuat konfarnsı təşkil edəcək. Xatırladaq ki, kampaniya çərçivəsində artıq 476 aztəminatlı ailədə böyüyən şagirdə məktəbli forması və çantası hədiyyə verilib. Bundan əlavə minlərlə şagirdə yalnız məktəbli çantası ilə dəstək olmaq mümkün olub. ?Məlahətli ana? Uşaqlara Yardım İctimai Birliyi (?Məlahətli ana? UYİB) Bakı şəhəri, Xəzər rayonunda 104, Surxanı rayonunda 112, Nəsimi rayonunda 61, Səbayel rayonunda 12, Azərbaycanın digər regionlarında 75, həmçinin ?Autizm? mərkəzində qeydiyyatda olan 13, fərdi qaydada isə 47 aztəminatlı ailəyə məktəbli forması və çantası artıq təqdim edilib. Bakı şəhərində yerləşən şəhidlər məktəbində isə daha 52 şagirdə yaxın zamanlarda məktəbli formasının və çantasının verilməsi nəzərdə tutulur. Məlumat üçün deyək ki, kampaniyaya şirkətlər, iş adamları, müğənnilər və sadə vətəndaşlar dəstək olublar. 1 sentyabr 2011-ci il tarixində Heydər Əliyev Sarayında ?Dəstək ol ki, imkansız şagirdlərimiz təhsilsiz qalmasın!? devizi altında xeyriyyə konserti keçirlib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA