"Bu gecədən ölkədə güclü külək əsəcək" - Nazirlikdən açıqlama

img

05-07-2018 [16:47]


Bu gecədən başlayaraq Azərbaycan ərazisində güclü külək əsəcək.

Bunu Report-a açıqlamasında ETSN-in ­Ekol­oji maarifləndirmə və­ ictimaiyyətlə əlaqəl­ər şöbəsinin icti­mai­ təşkilatlarla iş, ek­oloji maarifləndirmə ­və elm sektorunun müd­iri Umayra Tağıyeva deyib.

O bildirib ki, uzun müddət davam edən anomal isti hava şəraitindən sonra iyul ayının 5-dən 6-a keçən gecədən başlayaraq Bakıda və Abşeron yarımadasında şimal-qərb və şimal küləyinin gülənəcəyi proqnozlaşdırılır: "Bu proses nəticəsində havanın temperaturu ötən günlərlə müqayisədə 4-6 dərəcə aşağı enəcək".

Regionlarda olan hava şəraitinə gəlincə, mütəxəssis deyib ki, dağlıq və dağətəyi rayonlarda iyul ayının 6-7-8-də qısamüddətli leysan xarakterli yağış yağacağı ehtimal olunur: "Bəzi rayonlarda qərb küləyinin güclənməsi proqnozlaşdırılır".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA