Mingəçevirdə yenidən yanğın - "Azərbaycan İES”də nə baş verir? + VİDEO/FOTOLAR(YENİLƏNİB)

img

05-07-2018 [12:39]


Fövqəladə Hallar Nazirliyi Mingəçevir İES-də baş verən yanğınla bağlı məlumat yayıb.

Mia.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, bu gün saat 08:25-də Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Mingəçevir şəhərində "Azərbaycan İES” MMC-nin ərazisində yanğın olması barədə məlumat daxil olub. Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri saat 08:28-də hadisə yerinə çatıb.

Yanğın zamanı cərəyan transformatorlarından birinin açarı, sarğıları və ətrafa dağılmış 400 m² sahədə transformator yağı yanıb. Digər transformatorlar yanğından mühafizə olunub. Yanğın saat 08:46-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

*** 

Mingəçevirdə yerləşən "Azərbaycan İES”-də yenidən yanğın başlayıb.

Mia.az minval.info-ya istinadən xəbər verir ki, hadisə yerində olanlar nasaz olan açarların birində yenidən yanğın başladığını deyirlər: "Dünən Baş prokuror da Prezident qarşısında dedi ki, elektrik açarları müasir deyil. Hazırda o açarlardan biri yanır.”

Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri yanğının tezliklə ram edilməsinə və yenidən ciddi problem baş verməməsi üçün yanğının tez bir zamanda söndürülməsi üçün çalışırlar.

Ancaq alovların qarşısını almaq hələ ki mümkün olmayıb.

*** 

Mia.az Lent.az-a istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri yanğını qısa zamanda söndürüblər.

Hazırda İES normal rejimdə fəaliyyətini davam etdirir.





Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA