İlham Əliyev Nazarbayevə məktub göndərib: "...xalqlarımızın maraqlarına bundan sonra da xidmət edəcək"

img

05-07-2018 [11:55]


Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstanın dövlət başçısı Nursultan Nazarbayevə təbrik məktubu göndərib. 

"Report" "Kazinform"a istinadən xəbər verir ki, məlumatı Qazaxıstan prezidentinin mətbuat xidməti yayıb.

Azərbaycan Prezidenti qazaxıstanlı həmkarını doğum günü mübasibətilə təbrik edib: "Qazaxıstanda dövlətçiliyin möhkəmləndirilməsi, ölkənin sosial-iqtisadi yüksəlişi, onun nüfuzunun günbəgün artması Sizin liderliyiniz, müdrik və uzaqgörən siyasətiniz nəticəsində mümkün olmuşdur. Ölkələrimiz arasında münasibətlərin inkişafına və möhkəmlənməsinə verdiyiniz töhfə əvəzolunmazdır. Əminəm ki, strateji xarakter daşıyan Azərbaycan-Qazaxıstan dostluğu, əməkdaşlığı və tərəfdaşlığı xalqlarımızın maraqlarına bundan sonra da xidmət edəcək".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA