"Hər gün yeni saxta diplomlar müəyyən edilir"

img

19-10-2011 [02:03]


Müəllimlərin təqaüdə göndərilməsindən sonra rayon mərkəzlərində, şəhərlərdə, əhalinin sıx məskunlaşdığı qəsəbələrdə müəllim çatışmazlığı ilə bağlı problem yaşanmır. Bunu jurnalistlərə təhsil naziri Misir Mərdanov deyib. Mərdanov belə problemin yalnız ucqar kəndlərdə olduğunu vurğulayıb. "Ucqar kəndlərdə, dağlıq yerlərdə müəyyən problemlər var və biz də onu həll etməyə çalışırıq", - nazir deyib. Mərdanov həmçinin bildirib ki, böyük məktəblərin hər birində rəsmi psixoloq xidməti təmin edilib. "Kiçik məktəblərdə müəyyən çətinliklər var və respublikada eyni zamanda bu işi görməyi bacaran psixoloqların sayı da kifayət qədər deyil. Bu istiqamətdə iş aparırıq", - o deyib. Mərdanov saxta diplomla işləyən müəllimlərin məsələsinə də aydınlıq gətirib. "Azərbaycanın müəssisələrində işçilərin saxta diplomla işləməsi qanunaziddir. Təəssüf ki, bu gün belə hallar mövcuddur və bununla mübarizə aparılır. Dəqiq rəqəm göstərmək çətindir. Hər gün yeni saxta diplomlar müəyyən edilir", - nazir əlavə edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA