05-07-2018 [01:21]
Bu gün Prezident İlham Əliyevin yanında ölkənin enerji sistemindəki vəziyyətlə əlaqədar keçirilən müşavirədə "Azərenerji” rəhbəri Etibar Pirverdiyev hesabat vermək istəyəndə, dövlət başçısı onun çıxışını kəskin suallarla kəsib.
Mia.az xəbər verir ki, Etibar Pirverdiyev öncə baş verən qəza ilə əlaqədar Prezidentdən və Azərbaycan xalqından üzr istədikdən sonra çıxışını davam etdirmək istəyib.
Lakin Prezident İlham Əliyev onun çıxışını belə dayandırıb:
- Biz bilirik son 15 ildə nələr görülüb. Sən qəzanın səbəblərini de və nə üçün ölkəni qaranlıq bürümüşdü?
Etibar Pirverdiyev:
- İyun ayında gündəlik elektrik istehsalını götürdükdə görürük ki, ayın əvvəlində 50-55 milyon arası enerji sərfiyyatı olub, son bir həftədə isə bu rəqəm 70-75 milyona çatmışdır...
Prezident:
- Bu, qəzanın səbəbi ola bilməz. Bəziləri bunu isti hava ilə əlaqələndirirlər. Bizdən də daha isti ölkələr var, orda belə qəzalar baş vermir. Baş verəndə isə ölkələrin enerji sistemi çökmür. Qəza baş verə bilər və qəzanın fəsadlarının aradan qaldırılması prosesi aparılmalıdır və aparılır. Ancaq bir qəzaya görə bütün ölkənin enerji sisteminin çökməsi böyük səhvdir, yumşaq desək. Bizim kifayət qədər enerji gücümüz var. Biz hazırda xarici ölkələrə elektrik enerjisi ixrac edirik. İsti havalarla bağlı istehlakın artması qəza səbəbi ola bilməz. Qəzanın səbəblərini komissiya araşdıracaq. Siz isə sadəcə olaraq, utanmalısınız – xalq qarşısında, ölkə qarşısında. İnsanlara bu qədər əziyyət vermisiniz isti havada. Metroda qalanlar, qocalar, uşaqlar, qadınlar, xəstələr, liftlərdə qalanlar... İqtisadiyyata nə qədər böyük ziyan vurmusunuz. Təkcə Neft Şirkətinin ziyanını hesablasaq, görərik, nə qədər ölkəyə iqtisadi ziyan dəyib.
Mən bu sahəyə bu qədər investisiya ayırmışam. Dövlət investisiya proqramında hər il bu məqsədlə böyük vəsait ayrılır, yeni elektrik stansiyaları tikilir. Hazırda Şimal-2 ES tikilməkdədir. Son 15 ildə 30 stansiya tikilib. Elə bir sistem qurulmalı idi ki, bir qəzaya görə ölkənin enerji sektoru çökməsin. Nə üçün Bakıda, Sumqayıtda və s. şəhərlərdəki elektrik stansiyaları qəza baş verəndə fəaliyyət göstərmir? Bunun səbəbləri haqda danışmalısınız, bunun izahatını verməlisiniz. Qəza səbəbi kimi istiliyin göstərilməsi məni qane edə bilməz.
Bir daha deyirəm, Yaqub Eyyubov və bütün komissiya üzvləri, məsələni ciddi araşdırmaq lazımdır, hamı fəal işləməlidir və qısa müddət ərzində birinci, xüsusilə ikinci qəzanın səbəbləri haqda mənə məruzə edilməlidir".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi