"Xüsusi fəaliyyət rejimi ləğv olunub" - BNA-dan açıqlama

img

04-07-2018 [18:57]


"Bakının enerji təminatındakı problemlər aradan qaldırıldığından müntəzəm marşrut xətləri üzrə tətbiq edilən xüsusi fəaliyyət rejimi ləğv olunub". 

Mia.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev Feysbuk-da yazıb.

Bildirib ki, hazırda müntəzəm sərnişindaşımalar adi günlərdə olduğu kimi davam etdirilir: "BNA iyulun 3-4-də sərnişindaşınmanın xüsusi fəaliyyət rejimində təşkilində yaxından iştirakına və göstərdikləri köməyə görə daşıyıcılara, nəqliyyat əməliyyatları ilə bağlı əhalinin vaxtında məlumatlandırılması və maarifləndirilməsi işlərində göstərdikləri əvəzsiz dəstəyə görə kütləvi informasiya vasitələrinə təşəkkür edir. Bununla yanaşı, ötən iki gün ərzində nəqliyyat sistemində yaranan çətinlikləri anlayışla qəbul edib yüksək vətəndaşlıq mövqeyi göstərən əhaliyə də dərin minnətdarlığımızı bildiririk". 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA