Şəhid olan qəhrəmanların gənclər arasında tanıdılması - TUMİB-in layihəsi yekunlaşıb

img

04-07-2018 [17:55]


 Şamaxı rayon Gənclər və İdman idarəsinin, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və "Türkiyə Universitetləri Məzunları" İctimai Birliyinin təşkilati dəstəyilə Şəhid olan qəhrəmanların gənclər arasında tanıdılması məqsədilə konfrans keçirilib. 
 
Mia.az-ın məlumatına görə, keçirilən tədbirə rayonda fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələrinin, ümumtəhsil tam orta məktəblərinin 160 nəfərə yaxın gənci cəlb edilib. 
 
Tədbirdə həmçinin Şamaxı rayon İcra Hakimiyyəti başçısı aparatının baş məsləhətçisi Babaqədir Qədirov,Türkiyə Unversitetləri Məzunları İctimai Birliyinin sədri Çingiz Bayramov, layihənin eksperti Seymur Verdizadə, gənc ictimai fəal Samir Pənəliyev və Şamaxı rayon Gənclər və İdman idarəsinin rəis müavini Bəhlul Əliosmanov da iştirak ediblər. 
 
Şamaxı RİH başçısı aparatının baş məsləhətçisi Babaqədir Qədirov giriş sözü ilə gələn qonaqları və tədbir iştirakçılarını salamlayıb və tədbiri açıq elan edib. Dövlət Himni səslənildikdən sonra Azərbaycan Respublikasının dövlət müstəqilliyi, torpaqlarının bütövlüyü uğrunda Şəhid olmuş həmvətənlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 
 
Sonra isə "Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin sədri Çingiz Bayramov həyata keçirilən layihəsinin məqsəd və məramı haqqında bildirib ki, layihənin əsas məqsədi qəhrəmanlıq tarixinin təbliği, milli qəhrəmanlarımızı və Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şücaət göstərmiş şəxsləri yeniyetmə və gənclər arasında tanıtmaq üçün layihələr həyata keçirməkdir. Ölkəmizdə yeniiyetmə və gənclərin vətənpərvərlik tərbiyəsi sahəsində görülən işlərdə yaxından iştirak etmək, gənclərimizə hərb tariximiz, döyüş ənənələrimiz, milli qəhrəmanlarımız, tarixi abidələrimiz haqqında geniş bilgilər çatdırmaqla maarifləndirmə işləri aparmaq, gənc nəslin Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına hər an hazır olmaq ruhunda yetişmələri məqsədilə müvafiq təbliğat işləri aparmaq, yeniyetmə və gənclərə ən ağır problemimiz olan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli ilə bağlı Azərbaycanın dövlət mövqeyinin çatdırılması ilə onları hərtərəfli məlumatlandırmaqdır. 
 
Tədbir ərəfəsində iştirakçı gənclərə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə reallaşdıran "Şəhid olan qəhrəmanların gənclər arasında tanıdılması məqsədilə konfransların keçirilməsi" adlı layihəsi çərçivəsində "Türkiyə Universitetləri Məzunları" İctimai Birliyi tərəfindən nəşr edilmiş bukletlər təqdim olunub. Bir qrup fəal gəncə isə kepka və köynəklər paylanıb. Çıxışlar bitdikdən sonra natiqlər tərəfindən gəncləri maraqlandıran bütün suallar cavablandırılıb. Tədbirdən sonra qonaqlar və bir qrup fəal gənc Şəhidlər xiyabanını ziyarət ediblər.
 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA