Buraxılış imtahanlarının nəticələri açıqlandı

img

04-07-2018 [17:17]


İyunun 21-də Dövlət İmtahan Mərkəzi tərəfindən Bakı, Şirvan şəhərlərində və Naxçıvan Muxtar Respublikasında yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində (9 və 11-ci sinif) təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirilib.

Mia.az qurumun mətbuat xidmətinə istinadən bildirir ki, DİM tərəfindən bu imtahanlarda iştirak edən 62916 şagirdin və psixoloji-tibbi-pedaqoji komissiyanın qərarı əsasında buraxılış imtahanlarından azad edilmiş 723 şagirdin ümumi orta və tam orta təhsil səviyyələrində yekun attestasiyası aparılıb. Dövlət nümunəli təhsil sənədinə yazılacaq yekun qiymətləri "Şagird-məzun” sisteminə daxil edilib.

Qeyd edilən məzunların bitirdiyi ümumtəhsil müəssisələri dövlət nümunəli təhsil sənədlərinin verilməsi üçün Təhsil Nazirliyinə müraciət edə bilərlər.

Qeyd edək ki, hazırda Mərkəz tərəfindən iyunun 27-də keçirilən buraxılış imtahanlarında iştirak etmiş şagirdlərin yekun attestasiyasının aparılması işi davam edir. Yekun qiymətlər tezliklə "Şagird-məzun” sisteminə daxil ediləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA