?Mənim 20 yazım var? adlı konfrans keçirildi

img

18-10-2011 [02:32]


18 oktyabr 2011-ci il tarixində Azərbaycan Kooperasiya Universitetinin akt zalında Azərbaycan Respublikasının Müstəqilliyinin 20 illiyi ilə əlaqədar Azərbaycan Kooperasiya Universitetinin Tələbə Gənclər Təşkilatı və Milli Şuranın büro üzvlərinin iştirakı ilə ?Mənim 20 yaşım var? adlı konfrans keçirildi. Tədbirdə çıxış edən Kooperasiya Universitetinin elmi işlər üzrə prorektoru Bəyalı Ataşov müstəqiliyyimizin keçdiyi yola nəzər salaraq bildirdi ki, Azərbaycan bir əsrdə ikinci dəfə öz müstəqilliyini qazanıb. ?Bu çox mühüm bir işdir. Bu gün Azərbaycan xalqı müstəqildir, öz sərvətlərinin sahibidir. Azərbaycan dünyaya səs salıb və müstəqil ölkələr arasında öz imzası var. Bütün bunlar isə ulu öndər Heydər Əliyev və onun siyasi kursunun layiqli davamçısı prezident İlham Əliyevin zəhmətinin bəhrəsidir?. Tədbirdə çıxış edən Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının İradə heyətinin üzvü Heydər Atayev bildirdi ki, müstəqilliyimizn ilk illərində Azərbaycan çox çətin bir dövrdə idi. Laik ulu öndər Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıdışından sonra ölkəmiz inkişaf etməyə başladı. ?Həmin dövlətdə gənclər sektoru da çətin vəziyyətdə idi. Təsəvvür edin ki, gənclər beynəlxalq arenaya çıxmaq üçün adi bir kompüter də tapa bilmirdilər. Lakin ulu öndərin gənclərə diqqət və qayğısı nəticəsində bu gün bu sektor güclü inkişaf edib. Milli Şura da həmin vaxtlarda yaradıldı. Bu gün Milli Şura artıq öz beynəlxalq əlaqələrini genişləndirib. Biz Avropa Gənclər Forumunun üzvüyük. Bütün bunlar isə müstəqilliyin bizə verdiyi tövhələrdir.? Tərbirdə Milli Şuranın idarə heyətinin üzvü Azər Cavadov çıxış etdi. Bildirdi ki, müstəqliiyimizin qazanılması bizim üçün əhəmiyyətli hadisə olub. Bu gün Azərbaycan artıq dünya miqyasında öz sözünü deyən bir ölkəyə çevrilib. Daha sonra konfransda çıxışlar oldu. ?Mənim müstəqliyimin 20 yaşı? mövzusunda Şahsuvar Hacızadə çıxış etdi. Sağlam İnkişaf və Maarifləndirmə İB-nin idarə heyətinin üzvü Elvira Əsgərova isə ?Müstəqillik zirvəsində 20 il? mövzusunda məruzə ilə çıxış etdi. Tədbirin sonunda müstəqilliyimiz 20 ilinə həsr olunmuş film nümayiş etdirildi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA