Bakının mərkəzində göydələnlərə qadağa

img

18-10-2011 [02:17]


Bakının mərkəzində 5-7 mərtəbədən hündür binaların tikintisinə qadağa qoyulacaq. Bu barədə jurnalistlərə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev bildirib. Onun sözlərinə görə, belə binaların tikintisi şəhərin mərkəzi hissəsinin ətraflı planına uyğun olaraq qadağan ediləcək. "Plan hələ təsdiq olunmasa da, artıq Bakının mərkəzində yüksəkmərtəbəli binaların tikintisinə icazə verilmir", - Qocayev deyib. Bir müddət əvvəl Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov bildirmişdi ki, Bakının mərkəzi hissəsinin ətraflı plan layihəsi üzərində işlər tamamlanıb. "İşlər artıq yekunlaşıb və bir sıra təşkilarlarla razılaşdırılıb. İlin sonunadək layihəni rəsmi olaraq şəhər İcra Hakimiyyətinin başçısına təqdim edə biləcəyik", - Dövlətxanov əlavə etmişdi. Paytaxtın mərkəzi hissəsinin ətraflı planı 2030-cü ilə qədər olan dövrü əhatə edir. Komitənin sədr müavininin sözlərinə görə, plan "Amay" ticarət mərkəzindən Dövlət Bayrağı meydanına qədər üfüqi, Dənizkənarı parkdan Bakıxanov küçəsinə qədər isə şaquli istiqamətlərdə 1500 hektara qədər ərazini əhatə edir(trend).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA