Azərbaycanda elektrik enerjisi təminatı bərpa olundu: "Son hadisə göstərdi ki..."

img

04-07-2018 [10:25]


"Azərenerji" ASC bütün ölkə ərazisində elektrik enerjisinin tam təmin olunması üçün bütün operativ tədbirləri həyata keçirib.

Bunu Azərenerji ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Yəhya Babanlı deyib.

Y.Babanlı bildirib ki, ölkədə elektrik enerjisi təminatı daxili istehsal hesabına artıq gecə saat 03:30-da tam təmin olunub.

ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri qeyd edib ki, hazırda ölkədə elektrik enerjisi təminatı stabildir: "Son hadisə göstərdi ki, "Azərenerji”nin oxşar problemləri operativ şəkildə aradan qaldırmaq üçün texniki imkanları və peşəkar kadrları var".

Trend


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA