Sabahdan hava kəskin pisləzir

img

18-10-2011 [02:09]


Sabah rayonlarda yağış yağacaq, bəzi yerlərdə leysan xarakterli olacaq. Paytaxt Bakıda külək əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumatına görə, Bakıda və Abşeron yarımadasında sabah hava əsasən yağmursuz keçəcək. Havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacağı, axşam havanın tutqun olacağı, bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında güclənəcək. Havanın temperaturuna gəlincə gecə 12-17 dərəcə, gündüz 19-24 dərəcə isti təşkil edəcək. Abşeron yarımadasında arabir güclənən şimal-qərb küləyinin əsəcəyi gözlənilir. Azərbaycanın rayonlarında isə arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Mülayim qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 11-16 dərəcə, gündüz 17-22 dərəcə, dağlarda gecə 5-10 dərəcə, gündüz 12-17 dərəcə isti təşkil edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA