"İES-in fəaliyyətini dayandırmış bloklarından 1-i işə salınıb" - “Azərenerji” açıqlama

img

03-07-2018 [17:20]


 "Mingəçevir şəhərində yerləşən "Azərbaycan” İstilik Elektrik Stansiyasının (İES) fəaliyyətini dayandırmış bloklarından 1-i (150 mVt-lıq) işə salınıb".

Bunu "Report”a "Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəisi Yəhya Babanlı deyib.

Y.Babanlı bildirib ki, yaxın dəqiqələrdə 2-ci blok da işə düşməlidir.

Qeyd edək ki, Cənubi Qafqazın ən böyük elektrik stansiyası olan "Azərbaycan" İES 8 blokdan ibarətdir.

Xatırladaq ki, İyulun 3-də gecə saatlarında Mingəçevir şəhərində yerləşən "Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin yarımstansiyalarından birində cərəyan transformatorunda qəza baş verib. Bununla əlaqədar Bakı və Gəncə şəhərləri də daxil olmaqla respublikanın 39 şəhər və rayonunun elektrik enerjisi ilə təminatında fasilə yaranıb.

Prezident İlham Əliyev baş vermiş qəza ilə əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA