Bakıda içməli suyun verilməsində müvəqqəti məhdudiyyətlər olacaq

img

18-10-2011 [01:53]


Oktyabrın 18-nə keçən gecədən başlayaraq gün ərzində Bakının Xətai və Nizami rayonlarına içməli suyun verilməsində müvəqqəti məhdudiyyətlər olacaq. "Azərsu" Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən daxil olan məlumata görə, bu, Bakı şəhərində əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə həyata keçirilən layihəyə uyğun olaraq yeni çəkilmiş su xətlərinin şəbəkəyə qoşulması prosesi ilə bağlıdır. Bu məqsədlə Bakı şəhərinin şərq hissəsində yerləşən + 69 Şərq su anbarında yeni çəkilmiş xətləri şəbəkəyə qoşulur. Qoşulma işlərinin axşam saatlarında ? saat 19.00-20.00-da başa çatdırılması nəzərdə tutulur. Yaranmış narahatlıqla əlaqədar ?Azərsu? Səhmdar Cəmiyyəti abonentlərdən üzrxahlıq edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA