Mingəçevir SES gücləndirilmiş iş rejiminə keçdi

img

03-07-2018 [16:43]


Mingəçevir Su Elektrik Stansiyası (SES) gücləndirilmiş iş rejiminə keçib.

Mia.az report-a istinadən xəbər verir ki, buna ötən gecə "Azərbaycan” İstilik Elektrik Stansiyasında (İES) baş vermiş qəza səbəb olub.

Əldə edilən məlumata əsasən, yayda adi rejimdə Su Elektrik Stansiyasının 6 hidroaqreqatından 2 və ya 3-ü enerji istehsalına təhkim edilirsə, gücləndirilmiş rejimdə 5 və ya 6 hidroaqreqatın hər biri bütün gücü ilə istehsala cəlb olunur. Bu isə 6 hidroaqreqatın hər birinin saatda 70 MVt elektrik enerjisi istshsal etməsi deməkdir.

Qeyd edək ki, Mingəçevir SES-də aparılmış əsaslı təmir və yenidənqurma işlərindən sonra aqreqatların istehsal gücü 60 MVt/saatdan 70 MVt/saata çatdırılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA