İsti hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ

img

03-07-2018 [14:45]


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

Departamentdən Mia.az-a daxil olan xəbərdarlıq məlumatında bildirilir ki, bu gün ölkə ərazisində anomal isti hava şəraiti davam edir:

"Anomal isti hava şəraiti ilə bağlı günorta saatlarında 11:00-17:00-dək günəş şüalarının birbaşa təsiri altında uzun müddət olmaq risklidir, günəş şüalarından qorunmaq üçün mümkün vasitələrdən istifadə etməyinizi tövsiyə edirik".

Qeyd olunub ki, anomal isti hava şəraiti iyulun 4-də də davam edəcək. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 39-41, Mərkəzi Aran və Naxçıvan MR-nın bəzi yerlərində 40-44, dağlıq rayonlarda isə 27-32 dərəcə isti təşkil edəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA