Səfirliyimiz ABŞ-ın bir sıra görkəmli ictimai-siyasi xadiminə xatirə medalı verib

img

18-10-2011 [01:28]


Azərbaycanın ABŞ-dakı səfirliyi Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş xatirə medalı təsis edib. Səfirlikdən verilən məlumata görə, bürüncdən nəfis tərtibatla hazırlanmış medalın üz tərəfində Azərbaycanın gerbi və ingilis dilində ?Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 20-ci ildönümü ? 1991-2011? sözləri, digər üzündə isə ölkəmizin xəritəsi və ?Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyi? sözləri əks olunub. Bayram ərəfəsində xatirə medalı Azərbaycanın ABŞ-dakı səfiri Yaşar Əliyev tərəfindən Azərbaycan-ABŞ münasibətlərinin inkişafında göstərdikləri xidmətlərə görə ABŞ-ın bir sıra görkəmli ictimai-siyasi xadimlərinə təqdim olunub. Onların sırasında ABŞ prezidentlərinin milli təhlükəsizlik üzrə sabiq müşavirləri Zbiqniev Bjezinski və Brent Skaukraft və ABŞ dövlət katibinin sabiq birinci müavini Riçard Armitac da var. ?Sözügedən xadimlər Azərbaycan-ABŞ münasibətlərinin inkişafına xüsusi töhfələr verib, Azərbaycana dəstəklərini heç vaxt əsirgəməyiblər?, - deyə səfirlikdən bildirilib. ABŞ Konqresinin Nümayəndələr Palatasının ?Azərbaycan üzrə İşçi Qrupu?nun həmsədrləri - Pensilvaniya ştatından olan respublikaçı Bill Şuster və Oklahoma ştatından olan demokrat Dən Boren də xatirə medalı ilə təltif olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA