Baş nazirin müavini və “Azərenerji”nin sədri Mingəçevirdə - Tapşırıqlar verildi

img

03-07-2018 [11:08]


Baş nazirin birinci müavini Yaqub Eyyubov və "Azərenerji” ASC-nin sədri Etibar Pirverdiyev Mingəçevirə səfər ediblər.

Onlar yanğın baş vermiş Mingəçevir İES-ə baş çəkiblər. Y. Eyyubov qəzanın fəsadlarının aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib.

Qeyd edək ki, Mingəçevir İES-in 6-cı blokunda yanğın baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri cəlb olunub və 6-cı blokda və yarımstansiyada baş verən yanğın söndürülüb. Soyutma işləri aparılıb və vəziyyət tamamilə nəzarət altındadır. Hadisənin ilkin səbəbi kimi həddindən artıq yüklənmə göstərilir.

Hadisə nəticəsində ölən və yaralanan olmayıb.
apa


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA