Prezident Mingəçevir İES-da baş verən hadisəni nəzarətə götürdü - RƏSMİ AÇIQLAMA

img

03-07-2018 [08:52]


Mingəçevir İES-da baş verən hadisə ilə əlaqədar Azərbaycan prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Mia.az-ın xəbərinə görə, məlumatda deyilir:

"İyulun 2-dən 3-nə keçən gecə hava şəraitinin kəskin dərəcədə dəyişməsi, temperaturun yüksək həddə çatması nəticəsində əhalinin elektrik enerjisindən həddən artıq istifadə etməsi ilə əlaqədar Mingəçevir İES-in yarımstansiyasında cərəyan transformatoru sıradan çıxıb. Yarımstansiyada dərhal təmir bərpa işlərinə başlanıb. Vəziyyət Azərbaycan Respublikası prezidentinin daim nəzarətindədir”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA