General deputatın qardaşı oğlunu işdən çıxardı - Arzu Rəhimovdan əmr + Foto

img

02-07-2018 [14:15]


Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon idarəsinin rəisi təqaüdə göndərilib.

Mia.az xəbər verir ki, unikal.org-un əldə etdiyi məlumata görə, bununla bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov müvafiq əmr imzalayıb. Əmrə əsasən, polkovnik Namiq Hüseynov xidmətlə olmanın son yaş həddinə görə təqaüdə çıxıb.

Onun yerinə həmin vəzifəyə polkovnik Vüsal Babayev təyin olunub.

Xəbəri saytımıza Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən təsdiqləyiblər.

Qeyd edək ki, təqaüdə göndərilən Namiq Hüseynov respublikanın keçmiş Hərbi Komissarı, millət vəkili Əliağa Hüseynovun qardaşı oğludur.





    Digər xəbərlər
    SON XƏBƏRLƏR

    Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

    "Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA