"Qarabağ və ətraf 7 rayon Azərbaycana qaytarılmalıdır" - Rusiya Dumasının üzvü

img

02-07-2018 [00:17]


"Dağlıq Qarabağ və ona bitişik yeddi rayon hər hansı şərt olmadan Azərbaycana qaytarılmalıdır”.

Bu barədə Rusiya Dövlət Duması komitəsi sədrinin müavini Dmitri Savelyev bildirib.

O, qeyd edib ki, Azərbaycan, Ermənistan və Rusiya münaqişənin həllində maraqlıdır.

"Ermənistanın blokadada olması məhz Dağlıq Qarabağ münaqişəsi ilə şərtlənib. Buna görə ölkəni dərin iqtisadi böhran bürüdü. Ancaq təəssüf ki, Ermənistan hakimiyyəti hələlik bunu başa düşmür", – deyə rusiyalı deputat bildirib.

Savelyevin sözlərinə görə, Rusiyada Ermənistanın yeni hökumətinin dəyişkən siyasətini anlayırlar və məyusdurlar. Moskva Bakının simasında etibarlı müttəfiqini görür/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA