DSMF-nin iki rayon şöbəsinin müdiri işdən çıxarıldı - Nazir hər iki posta təyinat etdi

img

30-06-2018 [10:53]


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Kürdəmir və Abşeron rayon şöbələrinin müdiri işdən çıxarılıb.

Bununla bağlı müvafiq əmr imzalanıb.

Əmrə əsasən, İlkin İbadulla oğlu İbrahimov DSMF-nin Kürdəmir rayon şöbəsinin sədri vəzifəsindən azad edilib və onun səlahiyyətlərinin icrası müvəqqəti olaraq həmin qurumun sosial mavinət sektorunun müdiri Hamil Hidayətova tapşırılıb.

Bundan başqa, DSMF-nin Abşeron rayon şöbəsinin müdiri Coşqun Qasımov vəzifəsindən azad edilib və onun yerinə İlkin İbrahimov təyin olunub.

Qeyd edək ki, bundan əvvəl DSMF-nin 5 rayon şöbəsinin müdiri vəzifəsindən azad edilib və onların yerinə müvəqqəti təyinatlar olub/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA