Bakıda cərimə meydançasında maşınlar yandı- İcra başçısı gəldi + VİDEO, FOTOLAR

img

29-06-2018 [15:50]


Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsində yerləşən avtomobil dayanacağı kimi istifadə olunan ərazidə 3,7 ha quru ot və 51 ədəd müxtəlif markalı minik avtomobilinin (əksəriyyəti qəzaya uğramış və istismara yararsız vəziyyətdə olan) yanar hissələri yanıb.

Fövqəladə Hallar Nazirliyindən Mia.az-a verilən məlumata görə, ərazidə olan təxminən 200 ədəd müxtəlif markalı minik avtomobili və yaxınlıqdan keçən neft boru kəmərləri yanğından mühafizə olunub.

Yanğın zamanı xəsarət alan olmayıb. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

***

Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsindəki cərimə meydançasında bu gün günorta saatlarında baş verən yanğın tamamilə söndürülüb.

Yanğınsöndürən maşınlar ərazini tərk etdikdən sonra hadisənin baş verdiyi meydançaya yalnız avtomobil sahibləri buraxılıb.

Avtomobil dayanacağının gözətçisi bildirdi ki, hadisəyə zibil qutularındakı yanğın səbəb olub. Gözətçi onu da söylədi ki, ətrafın kol-kos olması yanğının qısa zamanda yayılmasına yol açıb.

Lakin yanğınsöndürən maşınlar vaxtında hadisə yerinə çatdığı üçün yanğın daha geniş ərazini əhatə etməyib.

Bakı Şəhər Yol Polisi İdarəsi qısa müddətdə zərərçəkənlərə dəymiş ziyanın ödəniləcəyini bildirib/Musavat.com.

***

Bakıda yanğın başlayıb. Hazırda paytaxtın Nizami rayonunda yerləşən avtomobil cərimə meydançası yanır.

Hadisə yerinə yanğınsöndürən maşınlar cəlb olunub. Yanğının söndürülməsi üçün işlər aparılır. Yanğın hələ də davam edir.

Yanğın hələ də davam edir. Yanan maşınlar arasında "BMW", "Niva" və Vaz 2106-07 də var. Çoxu istifadəyə yararsızdır.

Hazırda Nizami rayon icra başçısı Arif Qasımov da hadisə yerinə gəlib. İlkin məlumata görə, yanğın nəticəsində 50-yə yaxın avtomobil yanıb. Onların bir çoxu tamamilə, bəzilərinin isə bir qismi yanıb/qafqazinfo.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA