Hesablama Palatasının səlahiyyətləri artırıldı - Milli Məclis təsdiqlədi

img

29-06-2018 [13:33]


Milli Məclisin iclasında "Hesablama Palatası haqqında" qanun layihəsi 3-cü oxunuşda müzakirəyə çıxarılıb.

Qanun layihəsi 6 fəsil 41 maddədən ibarətdir. Layihə Hesablama Palatasının statusu, fəaliyyətinin hüquqi əsasları, idarəetmə və təşkilati strukturu, habelə dövlət vəsaitlərinin qanunauyğun, məqsədyönlü və effektiv istifadəsinə dövlət nəzarətinin təmin edilməsi sahəsində kənar dövlət maliyyə nəzarətinin obyektləri ilə və digər tərəflərlə münasibətlərini tənzimləyir.

Qanun layihəsində maliyyə, uyğunluq və səmərəlilik auditi öz əksini tapıb. Sənəddə Hesablama Palatasının səlahiyyətlərinin artırılması təklif edilir. Qanun layihəsində Hesablama Palatası dövlət vəsaitlərinin xəzinə hesabına və kənar dövlət maliyyə nəzarətinin məqsədləri çərçivəsində onların elektron informasiya sistemlərinə daxil ola biləcək. Yeni qanun kənar dövlət maliyyə nəzarəti orqanı olaraq Palatanın sərhədlərinin konkret müəyyənləşdirilməsi ilə dövlət vəsaitləri üzərində nəzarəti konkretləşdirir. Onun sözlərinə görə, Palatanın büdcə prosesində iştirakında konkret mərhələlər müəyyən olunub. Qanunda layihəsində bildirilir ki, növbəti büdcə ili üzrə dövlət büdcəsi haqqında qanun layihəsi ona əlavə edilmiş digər sənədlərlə birlikdə bu qanuna və "Büdcə sistemi haqqında" qanuna uyğun olaraq rəy verilməsi üçün Milli Məclisdən Hesablama Palatasına daxil olduqdan sonra Hesablama Palatası 30 gün müddətində rəy verir və Milli Məclisə qaytarır.

Layihə müzakirələrdən sonra III oxunuşda səsə qoyularaq qəbul edilib.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA