Təhsil Nazirliyi üç universitetlə bağlı qərar verdi

img

17-10-2011 [06:03]


Bu gün Təhsil Nazirliyində Akkreditasiya Şurasının növbəti iclası keçirilib. İclasda Azərbaycan Müəllimlər İnstitutu, Qərb Universiteti və Xəzər Universitetinin akkreditasiyasının nəticələri müzakirə olunub. İclası giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov ölkəmizdə fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin akkreditasiyası istiqamətində həyata keçirilən tədbirlərdən söz açıb və bu işin təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət etdiyini vurğulayıb. M.Mərdanov hər üç ali təhsil müəssisəsində aparılmış araşdırma ilə bağlı fikirlərini bildirib, öz tövsiyə və tapşırıqlarını verib. Azərbaycan Müəllimlər İnstitutunun pedaqoji kadrların müasir tələblər baxımından hazırlanması istiqamətində üzərinə düşən vəzifələrdən söz açan nazir bu ali məktəbə bir sıra məsələlərin həlli ilə bağlı lazımi dəstək göstəriləcəyini qeyd edib. Eyni zamanda Misir Mərdanov Qərb Universitetinin və Xəzər Universitetinin fəaliyyəti haqqında danışıb, hər iki universitetin qazandığı uğurları, yeniliklərin tətbiqi istiqamətində atdığı addımları diqqətə çatdırıb. Sonda Akkreditasiya Şurası Azərbaycan Müəllimlər İnstitutunun, Qərb Universitetinin və Xəzər Universitetinin akkreditasiyası barədə müsbət qərar qəbul edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA