"Bakcell, milləti dolamayın, xidmətin keyfiyyətini yüksəldin" - Jurnalistdən çağırış

img

29-06-2018 [00:12]


"Hörmətli Bakcell, Ordu günündə jurnalistlər arasında stend atıcılığı keçirib özünüzü vətənpərvər göstərincə, cəbhəyanı zonada xidmətin keyfiyyətini yüksəldin".

Mia.az bildirir ki, bu sözləri Feysbuk-da jurnalist Rəşad Süleymanov yazıb.

O bildirib ki, burada xidmət edən zabitləri, gizirləri, əhalini problemsiz, kəsintisiz rabitə ilə təmin etmək lazımdır: "Bu dəqiqə Füzuli rayonundayam. Bakcellin şəbəkəsi bərbaddır. Arazboyunca - Şahsevəndən (Beyləqandan) Horadizə qədər İrancell, yuxarıda da ermənilərin şəbəkəsi imkan vermir. Milləti dolamayın. Zəmanət verirsinizmi ki, buradakı danışıqlar maraqlı tərəflərin xüsusi xidmət orqanları tərəfindən izlənilmir?".

Məsələyə şirkətin də mövqeyini dərc etməıyə hazırıq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA