“Belə görüş keçirilərsə..." - Rəsmi Moskvadan Məmmədyarov-Mnatsakanyan görüşünə şərh

img

28-06-2018 [19:27]


"Rusiya Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyanın qarşıdakı görüşündən effektiv nəticələr gözləyir”.

Bunu keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova təmsil etdiyi qurumun nazirlərin qarşıdakı görüşünə dair mövqeyini bildirərkən deyib.

"Belə görüş razılaşdırılarsa və keçirilərsə, həqiqətən, effektiv nəticələr və yaxşı ab-hava arzu edirik. Çünki bu görüş iki dövlətin gündəliyində olan problemlərin həlli üçün xüsusilə vacibdir”, – M.Zaxarova bildirib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ problemi Rusiya üçün beynəlxalq gündəmdəki ən aktual məsələlərdən biridir: "Əldə olunmuş razılaşmalar və qarşılıqlı hörmət əsasında nizamlamanın əldə olunması maraqlarımıza cavab verir. Rusiyanın problemə baza yanaşması dəyişməyib”. 

Xatırladaq ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin bu yaxınlardakı bəyanatında yaxın zamanlarda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçirilməsinin planlaşdırıldığı qeyd olunub/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA