Azercell-dən tələbələrə zad xəbər

img

17-10-2011 [12:52]


Azərbaycanın lider mobil operatoru Azercell Telekom MMC tələbələrin mobil rabitə ehtiyaclarını nəzərə alaraq ölkədə ilk dəfə bütün tələbələr üçün ?Tələbə 1-liyi? tarifini istifadəyə verdi. Azercell-in bu tarifindən bütün peşə məktəbləri və universitet tələbələri - bakalavr və magistr pilləsində təhsil alan gənclər yararlana bilər. İndi tələbələr öz aralarında 1 dəqiqəsi cəmi 1 qəpiyə danışmaq imkanı əldə edəcəklər. Ölkədaxili digər istiqamətlərdə isə 1 dəqiqəsi cəmi 5 qəpiyə danışacaqlar. Bundan əlavə, tələbələr arasında ən populyar xidmətlərdən biri olan SMS-dən cəmi 2 qəpiyə, Mobil internet paketlərindən isə 20% endirimlə yararlanacaqlar. Tarifə qoşulmaq üçün tələbələr Müştəri Xidmətləri və Azercell Ekspres Ofislərinə yaxınlaşıb, sadəcə olaraq, tələbə biletlərini təqdim etməlidirlər. Yeni ?Tələbə 1-liyi? tarifi bütün tələbələrimizə xeyirli olsun!

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA