11 dövlət qurumu hərəkətə keçdi - 14 yaşlı qızın ərə verilməsinə görə...

img

28-06-2018 [11:27]


Bakıda ananın 14 yaşlı qızını ərə verilməsi məsələsi 11 dövlət qurumunu hərəkətə keçirib və araşdırma aparılır.

Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov açıqlama verib.

O vurğulayıb ki, təmsil etdiyi komitənin tərkibində Monitorinq Komissiyası fəaliyyət göstərir: "Bu Komissiyaya 11 dövlət qurumu daxildir. Sözügedən komissiyanın hər bir üzvü tərəfindən Bakıda ananın 14 yaşlı qızını ərə verməsi məsələsi araşdırılır. Hazırda araşdırmanın nəticəsi ilə bağlı nəsə demək çox tezdir. Çünki sözügedən qızın ailəsi (keçmiş ər və arvad) də münaqişəli olublar. Buna görə, bu hadisə hərtərəfli araşdırılır və məsələ ilə bağlı yaxın vaxtlarda ictimaiyyətə məlumat veriləcək”.

Qeyd edək ki, Lerik rayon sakini Mirtəmən Sadıqov Əminə Məmmədova ilə 14 il əvvəl ailə həyatı qurub. Bir il əvvəl isə onlar boşanıblar. Mirtəmən Sadıqov iddia edib ki, boşandığı həyat yoldaşı 14 yaşlı qızı Leylanın erkən yaşda ailə qurmasının qarşısını almağa çalışır. O deyir ki, qızını 22 yaşlı qohumlarına ərə verirlər. Əsas məqamlardan biri də ondan ibarətdir ki, atanın iddiasına görə, qızı həmin oğlandan 2 aylıq hamilədir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA