Fazil Məmmədov təcili Türkiyəyə aparıldı - VƏZİYYƏTİ AĞIRDIR(Yenilənib)

img

28-06-2018 [17:49]


Sabiq vergilər naziri Fazil Məmmədovun vəziyyəti pisləşdiyi üçün o, təcili Türkiyəyə aparılıb.

Mia.az xəbər verir ki, F.Məmmədovun yaxınlarından unikal.org-a verilən məlumata görə, sabiq nazirin qaraciyərində problem yarandığı üçün Türkiyədəki məşhur xəstəxanalardan birinə yerləşdirilib.

**** 
Sabiq vergilər naziri Fazil Məmmədov səhhətində yaranmış problemlərlə bağlı Türkiyə Respublikasında "American Hastanesi"nə yerləşdirilib.

F.Məmmədovun qohumlarının apa-ya verdiyi məlumata görə, bir müddət Gəncə Beynəlxalq Hospitalında tibb elmləri üzrə fəlsəfə doktoru İlyas Həsənovun nəzarəti altında müalicə alan Fazil Məmmədovun sonrakı müalicəsinin Türkiyədə davam etdirilməsi qərara alınıb. 

Hazırda sabiq nazir "American Hastahanesi"nin professorları Orhan Bilge və Mustafa Keremin nəzarəti altındadır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA