156 evakuatorun sürücüsü maşın vuran inəyə kömək etdi - FOTO

img

28-06-2018 [00:49]


"Bir gün sifarişə gedərkən yol kənarında avtomobil vurmuş yaralı bir inəyin ətrafına toplaşan insanları gördüm. İnəyin baytara çatdırılmasına yardım etdiyimə görə sifarişə bir az gecikdim". Avtosfer.az xəbər verir ki, bu sözləri 156 evakuasiya xidmətinin əməkdaşı öz sosial hesabında yazıb. Əməkdaş bildirir ki, hadisə yerinə gecikdiyi üçün müştəri qaynar xəttə zəng edib etirazını bildiribmiş. "Bir dəfə şirkət yığıncağında heç gözləmədiyim anda şirkət rəhbəri bu hadisəni danışıb mənə "İlin ən heyvansevər” qrup rəhbəri sertifikatını təqdim etdi” deyə sürücü şirkət rəhbərliyinə təşəkkürünü bildirib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA