Kişi Bakıdakı məşhur klinikanın qarşısında CAN VERDİ - Həkimlər köməyə gəlmədi (VİDEO)

img

27-06-2018 [17:29]


Bu gün paytaxtın Şamaxinka adlanan hissəsində "Yeni med” klinikasının qarşısında orta yaşlı kişinin vəziyyəti pisləşib.

Mia.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, küçədə gedən insanlar ona yardım etmək üçün sözügedən klinikanın həkimlərinə müraciət ediblər. Maraqlısı isə budur ki, klinikada kardioloq ola-ola heç kim həmin şəxsin köməyinə gəlməyib. Həkimlərdən ümidini kəsən insanlar kişini yerindən qaldırıb və "20 Yanvar”da yerləşən xəstəxanaların birinə aparmağa cəhd edib. Lakin xəstə yolda dünyasını dəyişib.

Qeyd edək ki, vətəndaşlar hadisə yerindən çəkdikləri videonu da saytımıza göndəriblər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA