?Dağlıq Qarabağa muxtariyyət statusu verilə bilər?

img

16-10-2011 [02:13]


?Dağlıq Qarabağ münaqişəsi region üçün ən böyük təhlükədir?. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bunu ?Əl-Cəzirə? televiziya kanalına müsahibəsində deyib. Onun sözlərinə görə, Dağlıq Qarabağ Azərbaycanın tarixi hissəsidir: ??Qarabağ? sözünün özü Azərbaycan sözüdür. 1990-cı illərin əvvəllərində təkcə Dağlıq Qarabağdan deyil, eləcə də ermənilərin heç zaman yaşamadıqları Dağlıq Qarabağ ətrafındakı 7 rayondan bütün azərbaycanlılar qovuldular. Ümumilikdə bizim 1 milyon qaçqın və məcburi köçkünümüz var. Dağlıq Qarabağ tarixi nöqteyi-nəzərdən bizim torpağımızdır, hüquqi nöqteyi-nəzərdən də beynəlxalq birlik Dağlıq Qarabağı Azərbaycanın bir hissəsi kimi qəbul edir - BMT-nin Təhlükəsizlik Şurası tərəfindən erməni işğalçı qoşunlarının Azərbaycanın Dağlıq Qarabağ ərazisindən qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul edilib. Digər mötəbər beynəlxalq təşkilatlar tərəfindən də müvafiq qərar və qətnamələr qəbul edilib?. Dövlət başçısı bildirib ki, rəsmi Bakı münaqişənin münaqişənin sülh yolu ilə nizama salınacağına hələ də ümid edir: ?Münaqişənin həll olunması beynəlxalq hüquq norma və prinsiplərinə əsaslanmalıdır. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır, erməni silahlı qüvvələri bütün işğal olunmuş ərazilərimizdən çıxarılmalı, azərbaycanlıların öz ata-baba yurdlarına, o cümlədən Dağlıq Qarabağa qayıtmaq hüququ olmalıdır. Dağlıq Qarabağa muxtariyyət statusu verilə bilər. Dünyada və Avropada muxtariyyətlərin yaxşı nümunələri var. Təmas xəttindəki vəziyyətə gəldikdə isə, burada vəziyyət çox kövrəkdir. Faktiki olaraq sülh yoxdur?. Prezident İlham Əliyev müxbirin münaqişə dövründə nə qədər insanın həyatını itirməsi ilə bağlı sualına cavabında deyib: ?Müxtəlif rəqəmlər var, lakin hərbi əməliyyatlar zamanı əlbəttə ki, itkilər olub, müharibə dövründə bizdə 12-15 min insan həlak olub və itkin düşüb. Ermənilər nə qədər itki veriblər, bunu onların özləri daha yaxşı bilirlər?. ?Bu münaqişənin proqnozlaşdırılması mümkün olmadığından ən təhlükəli münaqişədir?, - deyən Azərbaycan Prezidentinin fikrincə, nəyin baş verəcəyini proqnozlaşdırmaq olmur: ?Azərbaycanın bütün beynəlxalq hüquq normalarına, o cümlədən BMT Nizamnaməsinə əsasən, öz ərazi bütövlüyünü istənilən vasitə ilə bərpa etmək üçün tam hüququ var. Elə ölkələr var ki, onlar özünün yerləşdiyi əsas ərazidən min kilometrlərlə uzaqda ərazi bütövlüklərini bərpa ediblər. Dağlıq Qarabağ Azərbaycanın mərkəzində yerləşir. Dağlıq Qarabağın Ermənistan ilə heç zaman inzibati sərhədi olmayıb. Hətta Sovetlər dövründə bu ərazinin, - o zamanlar Dağlıq Qarabağ Muxtar Vilayəti adlanırdı, - Ermənistan ilə heç bir inzibati sərhədi yox idi. Dağlıq Qarabağın əhalisinin təqribən 30 faizi etnik azərbaycanlılar idi. Buna görə də bizim ərazi bütövlüyümüzü istənilən yolla bərpa etməyə tam hüququmuz var. Lakin biz bunu sülh yolu ilə etmək istəyirik. Demək olar, 20 ildir ki, beynəlxalq vasitəçilər heç bir nəticə olmadan bu məsələ ilə məşğuldurlar?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA