"Şamaxinka" - Xırdalan yolu bağlandı - DYP-dən sürücülərə xəbərdarlıq

img

27-06-2018 [10:31]


Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi (BPİ DYPİ) Bakı Beynəlxalq Avtovağzalı-Xırdalan dairəsində hərəkət məhdudlaşdırılması barədə açıqlama yayıb.

İdarədən Mia.az-a verilən məlumatda bildirilib ki, bu gündən Bakı Sumqayıt yolunun Beynəlxalq Avtovağzal Kompleksinin qarşısından üzü Xırdalan dairəsi istiqamətinə qədər olan yolda təmir-tikinti işləri ilə əlaqədar olaraq hərəkət məhdudlaşdırılır.

Bakı Şəhər BPİ DYPİ bu istiqamətdə hərəkət etməli olan sürücülərə tövsiyə edir ki, Bakı Dairəvi-1 - Lökbatan-Hocahəsən, Binəqədi şosesi - Binəqədi-Biləcəri, Binəqədi-Novxanı-Masazır, Binəqədi-Novxanı-Corat alternativ avtomobil yollarından istifadə etsinlər. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA