Prezident nazirliyin əsasnaməsini təsdiqlədi: yeni şöbə və sektorlar yaradıldı, 10 nəfərə vəzifə verildi

img

27-06-2018 [11:04]


Azərbaycan Prezidentinin "Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 6 iyun 2018-ci il tarixli Fərmanı ilə Mədəniyyət Nazirliyi haqqında Əsasnamə, nazirliyin strukturu, həmçinin Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti haqqında Əsasnamə təsdiq edilib.

Nazirliyin İctimaiyyətlə Əlaqələr Şöbəsindən Mia.az-a verilən məlumata görə, fərmana əsasən, Mədəniyyət Nazirliyi Aparatının, eləcə də Dövlət Xidməti, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və regional mədəniyyət idarələri üzrə ştat vahidləri müəyyən edilib.

Fərmandan irəli gələn məsələlərin həlli ilə bağlı Mədəniyyət Nazirliyi Aparatının struktur vahidləri – şöbə və sektorları yaradılmış və nazirin müvafiq əmri ilə təsdiq edilib. 

Mədəniyyət Nazirliyi Aparatının struktur vahidlərinin təşkilində bu məqamlar xüsusi diqqətə alınmış, strukturda yeni – Muzey işi və mədəni sərvətlərə nəzarət, Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı, Regional siyasət, Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbələri, Elm və tədqiqatlar sektoru yaradılıb.

Mədəniyyət nazirinin müvafiq əmrinə əsasən, Aparatın şöbə və sektorlarına əməkdaşların təyinatı həyata keçirilib. Həmçinin, nazirlik Aparatının əvvəlki strukturunda müxtəlif vəzifələrdə çalışan 10 nəfərə yaxın şəxs öz ərizələri ilə işdən ayrılaraq nazirliyin tabe müəssisə və qurumlarında müvafiq vəzifələrə təyinat alıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA