?Sandeco? Azərbaycanda nümayəndəlik açır

img

15-10-2011 [11:23]


Türkiyə və İranın birgə təsis etdiyi və əsasən ?Sandeco? dekortativ boyalarının istehsalı ilə inşaat sektorunda hegemonluq edən ?Deka Boya İthalat ? İxracat Sənaye və Ticarət LTD? şirkəti rəsmi şəkildə Azərbaycana ayaq açır. Bu isə o deməkdir ki, dünyanın ən mütərəqqi texnologiyaları ilə istehsal edilən məşhur ?Sandeso? dekoratif boyalarını əldə etmək üçün artıq qonşu və ya uzaq ölkələrə deyil, ölkəmizdəki satış mərkəzlərinə müraciət etmək imkanlarımız yaranmaqdadır. Bu və ya digər məqamlarla bağlı Müstəqil İnformasiya Agentliyinə açıqlama verən şirkətin rəhbəri Behzad Qolinejhad ilk olaraq ölkəmizə gəlişlərinin səbəbinə toxundu: ?Sizin ölkənizə bizim məhsullarımız hələ bir neçə il əvvəldən müxtəlif yollarla daxil olub. Bu yaxınlarla isə bizə Azərbaycanda ? ?Bakubild? Beynəlxalq Sərgi Mərkəzində dünyanın 27 ölkəsini təmsil edəcək şirkətlərin iştirakı ilə sərgi keçiriləcəyi haqda məlumat ? dəvət göndərildi. Şübhəsiz ki, sürətlə inkişaf edən və günü-gündən gözəlləşən və müsbətə doğru dəyişən Azərbaycanla əməkdaşlıq etmək, buranın bazarına daxil olmaq bizim üçün fəxrdir. Odur ki, oktyabrın 19-22 arası tarixlərdə keçiriləcək sərgidə iştirak üçün buraya gəldik. Əminəm ki, sərgidə istehsal etdiyimiz fəsad və daxili dekorativ boyaları, həmçinin digər məhsullarımızı geniş şəkildə təsvir, təbliğ və tanıtmaq imkanı əldə edərək, burada işləmək, möhkəmlənmək istiqamətində böyük addım atmış olacağıq. Hesab edirəm ki, Azərbaycanın daxili bazarında çox sərfəli qyimətlərlə məhsullarımızın saışını reallaşdıra biləcyik?. Şirkət rəhbəri deyir ki, sərgidə iştirak etməklə yanaşı, burada şirkətin daimi nümayəndəliyini açmaq üzrədə işləyirlər: ?Biz istəyirik ki, ?Sandeco? dekarativ boyalarının, həmçinin fəsad və digər təyinatlı məhsullarımızın burada rəsmi satış məntəqələrini açaq. Təbii ki, bu işləri həyata keçirmək üçün rəsmi nümayəndəliyimiz olmalıdır və inşallah tezliklə bunu da həll edəcəyik. Deyim ki, artıq bu yöndə fəaliyyətimizi qurmağa başlamışıq. İnanıram ki, uğurla işlərimizi burada davam etdirəcəyik. Azərbaycanda işləmək, ölkənizin iqtisadiyyatına və inkişafına öz töhfəmizi vermək bizim üçün şərəfdir??.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA