Ermənistan ordusunda olay - Sərxoş komandir əsgərini güllələyib

img

26-06-2018 [23:15]


Ermənistan ordusunun kapitanı öz əsgərini güllələyib. Bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

Bildirilib ki, qətli törədən zabit Karapetyan hadisə vaxtı sərxoş olub.

Belə ki, o, əsgər Darbinyanın əlindən avtomatını alaraq atəş açmağa başlayıb. Nəticədə bir neçə metr aralıda dayanan müqaviləli hərbçi Ovannes Melkonyan aldığı güllə yarasından hadisə yerində ölüb.

Qətl törədən erməni zabitə qarşı üç maddə ilə cinayət işi açılıb, istintaq davam edir.

Modern.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA