Berluskoni Azərbaycana gələcək

img

15-10-2011 [01:09]


Gələn il İtaliya baş naziri Silvio Berluskoni Azərbaycana səfər edəcək. "1news"un məlumatına görə, bu barədə Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov bu gün jurnalistlərə açıqlamasında bildirib. Səfirin sözlərinə görə, hazırda diplomatik kanallarla səfərin dəqiq tarixi dəqiqləşdirilir. Vaqif Sadıqov deyib ki, gələn il Azərbaycana həmçinin İtaliya xarici işlər naziri Franko Frattininin də səfəri gözlənilir. "İtaliya Azərbaycan qazında maraqlıdır, bundan əlavə tərəflər arasında "Türkiyə-Yunanıstan-İtaliya İnterkonnektor" (İTGİ) qaz layihəsi ilə bağlı danışıqlar gedir. Ümid edirik ki, Azərbaycan bu ilin sonunadək bu məsələ ilə bağlı özünün konkret təkliflərini təqdim edəcək", deyə Vaqif Sadıqov bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA