Talız separatçılarının Ermənistana toplazmasına etiraz

img

14-10-2011 [06:33]


12-13 noyabr tarixlərində Ermənistanın paytaxtı İrəvan şəhərində ?Talış araşdırmaları? adlı 2-ci elmi-praktik konfransın keçirilməsi planlaşdırılır. Bu konfransda Azərbaycanın ərazi bütövlüyünə qəsd edən Əlikram Hümbətov, Fəxrəddin Abaszadə, Ataxan Əbilov və vaxtilə üzdəniraq qondarma ?talış muğan respublikası?nın rəhbərliyində olmuş bir sıra şəxslərin iştirak edəcəyi gözlənilir. Tədbirə Azərbaycandan gizli nümayəndə heyətinin qatılacağı barədə də xəbərlər var. Artıq bu tədbir Azərbaycanın torpaqlarını işğal altında saxlayan Ermənistanla talış separatçılarının ikinci əməkdaşlıq nümunəsidir. Əvvəllər Rusiya kəşfiyyat dairələri ilə sıx əməkdaşlıq edən separatçıların indi Ermənistana üz tutması düşmən ölkənin Azərbaycan daxilində ikinci milli münaqişə ocağının yaradılmasında maraqlı olduğunu, separatçıların isə açıq şəkildə ölkəmizə qarşı düşmənçilik siyasətinə start verməsini təsdiq edir. Bu məsələlərlə əlaqədar MQP Mətbuat Xidmətinə açıqlama verən MQP başqanı Vüqar Bəyturan Azərbaycan dövlətinin müvafiq strukturlarının təcili tədbirlər görməsinin və sözügedən tədbirin anti-Azərbaycan xarakterini, ölkəmizə düşmən olan dövlətin ərazisində, həmin dövlətin təşkilatçılığı ilə keçirilməsini nəzərə alaraq, bu tədbirdə iştirak edən vətəndaşlarımızın cinayət məsuliyyətinə cəlb olunmasının vacibliyini bildirib. Vüqar Bəyturan Azərbaycanın ərazilərini işğal edən bir dövlətin həm də daxili məsələlərimizə müdaxilə etməsinə, heç bir zəmini olmayan halda, etnik separatçı meylləri maliyyələşdirdiyini dünya dövlətlərinin diqqətinə çatdırmağı Azərbaycanın siyasi hakimiyyəti tərəfindən həyata keçirilməsi önəmli olan hərəkət kimi qeyd edib. Azərbaycan dövlətinə və türk millətinə düşmən münasibəti şübhə doğurmayan Əlikram Hümbətov, Fəxrəddin Abaszadə, Ataxan Əbilov kimilərin bütün vasitələrdən istifadə etməklə cəzalandırılmasına çağıran MQP lideri ölkəmizdə süni problemlər yaratmaq istəyində olan Rusiya, İran və onların vassalı qismində çıxış edən Ermənistanın toruna düşənlərə mövcud hakimiyyətin hələ də tolerant yanaşmasını, onlara yaxınlığı ilə seçilənlərin hakimiyyətin müxtəlif qollarında təmsil olunmasına göz yummasını da pisləyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA