Akif Nağını "bandotdel"ə apardılar

img

14-10-2011 [04:28]


Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı daxili işlər naziri Ramil Usubovun Ermənistana səfəri ilə bağlı verdiyi bəyanatla əlaqədar olaraq polis tərəfindən saxlanılıb. A.Nağını QAT-ın ofisinin yerləşdiyi Rəsulzadə qəsəbəsində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin 12 əməkdaşı saxlayaraq idarəyə aparıblar. İdarənin rəisi Mirqafar Seyidov QAT-ın bəyanatında təhqir elementlərinin olduğunu bildirib və bu kimi fəaliyyətdən çəkinməyə çağırıb. A.Nağı Xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA