Azərbaycanda xəstənin palatasına at gətirdilər - VİDEO

img

24-06-2018 [10:07]


Yaxınları Almaniyaya getməyə hazırlaşan "Həyat” fondunun rəhbəri Hacı Nuran Hüseynovun müalicə aldığı palataya balaca at gətiriblər.

Kult.az xəbər verir ki, Hacı Nuran həmin anın görüntülərini şəxsi İnstaqram hesabında paylaşıb.

At otaqdakıların təəccübünə səbəb olub. Xalq artisti Murad Dadaşov, Hacı Nuran və digərləri atı gördükdən sonra gülməyə başlayıb.

Xatırladaq ki, Hacı Nuran "Ege Hospital"da müalicə olunur.

Qeyd edək ki, bir neçə gün əvvəl təcili olaraq xəstəxanaya yerləşdirilən aparıcı Hacı Nuran Hüseynovun ağciyərində onkoloji şiş tapılıb. Xeyriyyəçi sabah müəlicəsini davam etdirmək üçün Almaniyaya yola düşəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA