Bu müəllimlərin maaşı 900 manatı keçdi - Kim nə qədər əməkhaqqı alacaq?+SİYAHI

img

21-06-2018 [12:12]


"Azərbaycanda diaqnostik qiymətləndirmədən keçən müəllimlərin 3,5 faizi 900 manat və daha çox əməkhaqqı alır".

Bunu Təhsil Nazirliyinin 2017-ci ildə gördüyü işlərə həsr olunmuş hesabat tədbirində çıxış edən Təhsil İnstitunun direktor əvəzi Emin Əmrullayev deyib. 

Onun sözlərinə görə, 2014-2017-ci illər ərzində Azərbaycanda 134136 müəllim diaqnostik qiymətləndirmədən keçib. Diaqnostik qiymətləndirmədən keçən müəllimlərin 23,5 faizi 300 manatadək, 35,9 faizi 300-500 manat, 27,1 faizi 500-700 manat, 10 faizi 700-900 manat, 3,5 faizi əməkhaqqı 900 manat və daha çox əməkhaqqı alır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA