BDU-nun tələbələri mükafatlandırılıb

img

13-10-2011 [04:47]


Bu gün Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə Bakı Dövlət Universitetində dəyirmi masa keçirilib. Dəyirmi masa qurum tərəfindən hazırlanmış Tədbirlər Planına uyğun olaraq təşkil edilib. ?Müstəqillik illəri və ekoloji problemlərin həlli? mövzusunda keçirilmiş dəyirmi masada ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, universitetin Ekologiya və Torpaqşünaslıq, Biologiya, Kimya, Geologiya və Coğrafiya fakültələrinin müəllim və tələbələri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan BDU-nun rektoru Abel Məhərrəmov Azərbaycanın müstəqilliyinin bərpa edilməsindən ötən 20 il ərzində əldə edilən nailiyyətlərdən, dövlət müstəqilliyimizin bərpasının ilk illərində qarşılaşdığımız problemlərdən danışaraq azadlığa, müstəqilliyə gedən yolun heç də asan olmadığını qeyd edib. Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov çıxışında Azərbaycan müstəqillik qazandıqdan sonra ölkədə davamlı inkişafa əsaslanan ekoloji siyasətin yürüdüldüyü və bunun üçün müvafiq institusional dəyişikliklərin aparılması məqsədilə ulu öndər Heydər Əliyevin sərəncamı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaradıldığı, ölkə rəhbərliyinin həyata keçirdiyi uzaqgörən və qətiyyətli tədbirlər nəticəsində ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə edilməsi sahəsində görülmüş işlərdən danışıb. Nazir, həmçinin ümummilli liderimiz Heydər Əliyevin tövsiyələri rəhbər tutularaq Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən müstəqil Azərbaycan Respublikasının zəngin təbiətini, təbii sərvətlərini qorumaq və bərpa etmək istiqamətində başlanılmış işlərin uğurla davam etdirildiyini, bu istiqamətdə ölkə prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni layihələrin həyata keçirildiyini, ekoloji problemlərin həllinə cəmiyyətin, yerli və beynəlxalq təşkilatların da cəlb olunmaqla dövlətin müəyyənləşdirdiyi ekoloji siyasətin reallaşdırıldığını qeyd edib. Daha sonra müstəqilliyimizin 20 illiyi ilə bağlı BDU-nun Coğrafi ekologiya kafedrasının müdiri professor Ş.Y.Göyçaylı və Coğrafiya fakültəsinin dekanı professor F.Ə.İmanovun çıxışları dinlənilib, tədbir müzakirə və diskussiyalarla davam edib. Sonda Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə gənc nəslin ekologiya, təbii sərvətlərdən səmərəli istifadə və ətraf mühitin qorunub mühafizə edilməsi, bərpası və davamlı inkişafı ilə bağlı təhsil sahəsində Ekologiya və Torpaqşünaslıq, Coğrafiya, Kimya, Biologiya və Geologiya fakültələrinin xüsusilə fərqlənən tələbələri (Nəzərli Nübar Təvəkkül qızı, Bayramzadə Nərgiz Fikrət qızı, Abdullayeva Aytən İlham qızı, Məmmədova Aytən Əliyənnağı qızı, Xanlarov Elşən Həsən oğlu, Muradzadə Fidan Habil qızı, Babayev Vüqar Həsən oğlu) Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Fəxri Fərmanı ilə təltif edilib və mükafatlandırılıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA