20-06-2018 [19:38]
İyunun 26-da Ordumuzun yaradılmasının 100 illiyi münasibəti ilə hərbi parad keçirilməsi planlaşdırılır. Bu parad cəmiyyət tərəfindən böyük maraqla gözlənilir.
Müdafiə Nazirliyi Ordumuzun 100 illiyi münasibəti ilə keçiriləcək paradla bağlı mətbuata açıqlama verməyib. Lakin bu dəfə də Silahlı Qüvvələrimizin yerli istehsalatı olan silahlarla yanaşı, son 5 ildə aldığı yeni texnikanın da nümayiş etdiriləcəyi bildirilib.
Azərbaycan son paraddan sonra ordunun sahib olduğu silahların təkmilləşdirilməsinə xüsusi diqqət göstərir. Dövlətimiz xüsusilə silah istehsalı ilə məşğul olan Rusiya, İsrail, Türkiyə, Pakistan, Belarus, Ukrayna, Çexiya, CAR və digər öncül ölkələrdən silahlar alaraq, öz arsenalını yetərincə yeniləyib.
Nümunə üçün qeyd edək ki, Stokholm sülh problemləri İnstitutu yalnız 2016-2017-ci illər üçün Azərbaycanın xarici ölkələrdən 551 milyon dollarlıq silah aldığını bildirib. İnstitutun bu illər üzrə dünya silah ixracına dair tərtib etdiyi hesabatda yalnız mətbuata sızmış silah ticarətlərinin gəlirləri göstərilir. Bu isə onu sübut edir ki, göstərilən rəqəm hələ tam məbləğ deyil.
Modern.az son beş ildə dövlətimizin xarici ölkələrdən aldığı silahlarla bağlı qısa bir araşdırma aparıb. Ortaya çıxan siyahıda adları mətbuata açıqlanan yeni silahalar haqda statistika əksini tapsa da, paradda indiyədək mətbuata sızmayan silahların da nümayiş etdiriləcəyi gözlənilir.
Paradda göstəriləcək silahların təxmini siyahısı:
Burada ən çox diqqət çəkən silahlardan 2018-ci ilin iyununda alınmış Belarus istehsalı"Polonez” raket kompleksinigöstərmək olar. Maksimal uçuş məsafəsi 300 km olan bu kompleksin sursatı 8 raket, bir raketin zərərvurma radiusu isə 80 metrdir. Kompleks düşmənin hava hücumundan müdafiə vasitələrinə və obyektlərinə, idarəetmə məntəqələrinə, radioelektron vasitələrinə, arxa cəbhə və digər obyektlərinə zərbə vurulması üçündür.
İsrail Azərbaycanın ikinci ən çox silah aldığı ölkədir. Bu dövlət Azərbaycana ən yeni silahlarını satır. İsraildən alınmış uzaq məsafəli"Spyder”Zenit-Raket Kompleksləri bu kateqoriyada dünyanın ən güclüsü hesab olunur.
Analoji olaraq yenə İsrail istehsalı "Hermes-450”pilotsuz uçuş aparatlarını da unutmaq olmaz. Azərbaycan da daxil olmaqla, dünyanın müxtəlif ölkələrinin silahlanmasında yer alan bu PUA Cənubi Qafqaz regionunda yalnız Azərbaycan və Gürcüstanın arsenalında mövcuddur.
Üstəgəl hələ rəsmi təsdiq edilməmiş İsrail istehsalı "Dəmir günbəz”raketdən müdafiə sistemlərini göstərməmək olmaz. "Dəmir günbəz” kompleksinə aid olan "EL/M-2080 Green Pine” AESA radarı 500-800 km məsafədən 3000 metr/saniyə sürətlə hərəkət edən hədəfləri deteksiya etməyə imkan verir və"Arrow”,"Barak-8”raketi ilə təchiz edilib. Yəni, bununla "İsgəndər M” (500 km) və "İsgəndər E” (280 km) raketlərini vurmaq, zərərsizləşdirmək mümkündür. İsraildən alınmış hədəfi vurma mənzili 130 km olan "Ekstra” ballistik raketləri də Ermənistanın "qorxulu yuxusu” adlandırılan silahlardandır.
Türkiyədən alınmış hədəfi vurma mənzili 150 km olan"Fırtına”raketləri ilə təhciz olunmuş"T-129”helikopterləri da diqqətə layiqdir. Bu helikopterlər Rusiya istehsalı olan "Qara köpəkbalığı” adlandırılan"K-50”dən daha üstündür.
Paradda həmçinin Türkiyədən alınmışTR-122 "Sakarya”reaktiv və mənzili 100 km-dən uzaq olan TR-300 "Kasırğa” yaylım atəş sistemləri də keçid edəcək.
Rusiya istehsalı olan və son illərdə alınan silahlara da nəzər salmaq lazımdır. Bu silahlara müasir"T-90S” tankları,"Smerç”reaktiv yaylım atəş sistemləri,S-300 PMU tipli "Favorit”zenit-raket komplekslərini və digər müasir və ya müasirləşdirilmiş silahları aid etmək olar.
Azərbaycan Ordusunun silahlanmasına yeni daxil olan Rusiya istehsalı 2S19 "Msta-S”özüyeriyən haubitsalar da parada namizədlər sırasındadır. Bu özüyeriyən artilleriya sistemi 152.4 mm çaplı mərmilərdən atəş açır. Haubitsa müxtəlif növ mərmilərlə 12 km-dən 29 km-dək uzaqlıqdakı hədəflərə qarşı tətbiq oluna bilir. Hazırda Azərbaycan daxil olmaqla 8 ölkənin silahlanmasında yer alır.
İndiyədək bir neçə dəfə Azərbaycan Ordusunun silahlanmasında yer alan9K57 "Uraqan”reaktiv atəş sisteminin də paradda ilk dəfə nümayişi nəzərdə tutulur. 1975-ci ildən müxtəlif orduların silahlanmasında yer alan bu 220 mm çaplı reaktiv yaylım atəş sistemi 10 km-dən 36 km-dək uzaqlıqdakı hədəfləri məhv etmək qabiliyyətinə malikdir.
Bundan əlavəMi-24,Mi-24G,Mi-17hərbi-nəqliyyat və çox məqsədli "Ka-27” gəmilərinin də nümayişi planlaşdırılır.
Hərbi paradda nümayiş olunacaq yeni sistemlərdən biri olan9K330 "Tor”zenit-raket kompleksi postsovet məkanında ən mükəmməl HHM sistemlərindən hesab olunur. Azərbaycanın bu kompleksi Ukraynadan aldığı bildirilir.
ABŞ-ın "Bell Helicopter Textron" şirkətinin istehsalı olan"Bell 412”çoxfunksiyalı helikopterin də paradda uçuş edəcəyi gözlənilir.
"Gürzə” patrul maşını.Müdafiə Sənayesi Nazirliyi tərəfindən Toyota HiLLUX 12 maşının bazasında istehsal edilmiş 4x4 təkər formulu bu maşın xüsusi təyinatlı qüvvələr və güc strukturları üçün nəzərdə tutulub.
BMP-3 piyadaların döyüş maşını. 2011-ci il paradında cəmi 3 ədəd BMP-3 keçid edib, bu il keçid edəcək BMP-3-ün sayı artırılıb.
Bundan başqa, müxtəlif hərbi nəqliyyat vasitələri üzərində yeni alınmış tank əleyhinə silahlar, Azərbaycanın yerli müəssisələrində istehsal edilmiş 14.5 və 12.7 mm çaplı antimaterial snayper tüfəngləri, 7.62 mm çaplı snayper tüfəngi, pulemyotlar, minaatanlar da tribuna önündən keçiriləcək.
Qeyd edək ki, Azərbaycanda ilk hərbi parad 1992-ci ilin oktyabrın 9-da baş tutub. 2008-ci il iyunun 26-daSilahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda ikinci, 2011-ci il iyunun 26-da üçüncü, 2013-cü il iyunun 26-da isə dördüncü hərbi parad keçirilib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi